Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:03

İranın xarici işlər naziri Twitterdə nüvə danışıqlarından yazıb


Javad Zarif

Javad Zarif

İranın xarici işlər naziri Muhammad Javad Zarif bildirib ki, Tehranın nüvə proqramı ətrafınfında yaradılmış böhrana sonq oymaq fikrindədir.

O bunu mayın 4-də özünün Twitter səhifəsində yazıb.

Javad Zarif danışıqların davam etdirildiyini bildirir.Amma yekun razılaşma üçün qarşıda hələ ağır işlər olduğunu qeyd edib.

ABŞ Dövlət katibi John Kerry bundan 2 gün əvvəl, İranla razılaşmaya qarşı çıxaları, xüsusilə də Konqres üzvlərini isteriyanı kənara qoymağa çağırıb.

İranla danışıqlarda, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Tərəflər aprelin 2-də İsveçrədə məsələ ilə bağlı çərçivə sazişi imxalayıblar, iyunun 30-dək yekun razılıq əldə etmək qərarına gəliblər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılmasından gedir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günühlandırır.

Tehran ittihamı rədd edir və nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG