Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:46

-

«Azərbaycana qarşı qarayaxmalar ilk Avropa Oyunlarının keçirilməsinin üzərinə kölgə sala bilməyəcək».

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan xarici dairələrin qarayaxmalarına müəyyən qədər alışıb:

«Bir neçə il bundan öncə Azərbaycanda mötəbər «Avroviziya» mahnı yarışması keçiriləndə də belə hallarla qarşılaşmışdıq. Amma Azərbaycan bu yarışmanı çox yüksək səviyyədə keçirdi. Tədbir «Avroviziya» mahnı müsabiqəsi tarixində yeni səhifə yazmağa nail oldu. Artıq ilk Avropa Oyunlarının keçirilməsi üçün bütün zəruri hazırlıq işləri başa çatdırılıb. İştirakçı tərəflər məlumdur və çox az müddətdən sonra onlar öz missiyalarını yerinə yetirəcəklər. Azərbaycanın adı ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi bu oyunların tarixinə yazılacaq».

Ə.Əhmədov vurğulayıb ki, ilik Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürmüş Azərbaycana daha diqqətli yanaşmaq ədalətli olardı:

«Amma biz bunun əksini görürük. Bu gün Azərbaycana qarşı ABŞ, Avropanın bir çox dairələrindən qarayaxma kampaniyası aparılır. Onlar Azərbaycanın gördüyü bu işin üzərinə kölgə salmağa çalışırlar. Bütün bunların hamısı nə qədər ikili standartların təzahürü olsa da, Azərbaycanın haqq işini həyata keçirməsinə maneə ola bilməyəcək. Biz öz işimizi görürük və üzərimizə götürdüyümüz öhdəliyi layiqincə yerinə yetiririk. Kim buna hansı gözlə baxırsa, öz işidir. Güman etmirəm ki, bu hərəkətlər, qarayaxma kampaniyası onu həyata keçirənlərə başucalığı gətirsin. Görünən odur ki, onlar daxilən belə missiyaları həyata keçirməyə kökləniblər, həmişə belə işlərlə məşğul olurlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG