Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

-

Azərbaycanda bu il ilk dəfə olaraq ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcəklər.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mayın 4-də keçirdiyi mətbuat konfransında deyib.

«Bu və ötən ilin məzunları 4 qrupdan birinə ərizə veribsə, əlavə olaraq 5-ci qrupa ərizə vermək hüququ var. Təbii ki, bu məcburi deyil. Zəruri deyil ki, hamı belə etsin».

Məlumatı apa yayıb.

Məleykə Abbaszadə deyib ki, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları imtahan vermədən, buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Əvvəlki ilin məzunları isə 3 fəndən- Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Tələb olunan ixtisaslarda qabiliyyət imtahanı da olacaq.

Bu proses mayın 5-dən 18-dək aparılacaq.

«Onlar hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçimi vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik. İki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyentlər də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklər» - TQDK sədri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG