Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Türkiyə Türkmənistan qazının Xəzər vasitəsilə nəqlini dəstəkləyir.

Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyə, və Avropa Birliyi nümayəndələrinin görüşündə bildirib.

TRT-nin məlumatına görə, görüşdə Taner Yıldızla yanaşı Türkmənistan Nazirlər Şurasının sədr müavini Baymurad Xocamuhammedov, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Avropa Komissiyasının energetika məsələləri üzrə sədri Marosh Shefcovic iştirak edib.

Taner Yıldız bildirib ki, Türkiyə 1990-cı illərdən başlayaraq Türkmənistan qazının Avropa Birliyinə nəqlini dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG