Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:43

Avropa Oyunlarına görə bəzi avtobusların xətti bağlanıb


Foto arxiv
Foto arxiv

-

Birinci Avropa Oyunları ilə əlaqədar Bakıda fəaliyyət göstərən bir neçə marşrut avtobuslarının xətti bağlanıb.

Məlumatı Nəqliyyat Nazirliyinə istinadən apa yayıb.

Bildirilir ki, iyunun 12-dən etibarən Bakının ev sahibliyi edəcək birinci Avropa Oyunları zamanı paytaxtın mərkəzi küçələrində avtomobil sıxlığının aradan qaldırılması məqsədilə 14, 53 və 90 saylı marşrut xətləri bağlanılıb.

Metronun «Həzi Aslanov» stansiyasından Qış bulvarına kimi hərəkət edən 95 saylı marşrut xəttinin hərəkət istiqaməti də dəyişdirilib. Artıq mayın 4-dən 95 saylı marşrut avtobusunun son dayanacağı metronun «Xətai» stansiyası olacaq. Eyni zamanda 2 saylı marşrut artıq paytaxtın mərkəzinə buraxılmayacaq. Həmin marşrut avtobuslarının da son dayanacağı metronun «Xətai» stansiyası olacaq.

Birinci Avropa Oyunları ilə əlaqədar marşrut avtobuslarında 17 saatlıq iş vaxtı 20 saatadək uzadılıb. İyulun 1-dən etibarən bütün marşrut xətlərinin əvvəlki rejimlə işləyəcəyi bildirilir.

XS
SM
MD
LG