Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

AzadliqLive 4 - 10 may

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

13:25 4.5.2015

Minlərlə moldovalı etiraz mitinqinə çıxıb

Arxiv fotosu
Arxiv fotosu

Mayın 3-də minlərlə moldovalı 3 bankdan 1 milyard dolların yoxa çıxmasına etiraz yürüşü keçiriblər. Bu vəsait ölkənin ÜDM-sinin beşdə birinə bərabərdir.

Moldova rəsmiləri faktla bağlı araşdırmaya başlayıblar. Pul 2014-cü ilin noyabrında, parlament seçkilərindən öncə yoxa çıxıb. Kimliyi açıqlanmayan 2 nəfər saxlanıb, digərlərinin bank hesabı dondurulub.

Etirazçılar korrupsiya əleyhinə şüarlar səsləndiriblər, baş prokurorun, Ali Məhkəmənin bir neçə hakiminin və qalmaqalda iştirak etdiyi güman edilən siyasətçilərin istefasına çağırıblar.

“Oğrular rədd olsun!”, “Milyardları geri istəyirik!” – etirazçılar bu şüarları səsləndirib və Moldova və AB bayraqları qaldırıblar.

Zorakılıq qeydə alınmayıb.

16:18 4.5.2015

Facebook «Cəhalətin Qurbanı olma!» deyir- [fotolar]

Facebook-da qadınlar «Cəhalətin qurbanı olma» şüarı ilə aksiya başladıblar. ‪‎Azərbaycanda qətlə yetirilmiş gənc qız Aytac Babayevanın ölümü təkcə Azərbaycanda deyil, Türkiyədə də qəzəb və kədərlə qarşılanıb.

AzadlıqRadiosu Facebook-da ​«Cəhalətin qurbanı olma» şüarlı fotoları təqdim edir:

17:44 4.5.2015

Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən «seçkiləri» tanımır

«Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən «parlament seçkiləri»ni tanımır və qeyri-legitim hesab edir».

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində keçirilən bu seçkilərin hüquqi nəticəsi ola bilməz və Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.

18:51 4.5.2015

Qənirə Paşayeva əsgərlərə yemək bişirib

Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə əsgərlər üçün yemək bişirib.

Bu barədə deputat öz Facebook səhifəsində fotolar paylaşıb.

Qənirə Paşayeva böyük həvəslə aşbazlara yardım etdiyini yazır: Həm yemək bişirdik, həm də gözəl söhbət etdik. Sonra da bişirdiyimiz yeməkləri hamımız birlikdə yedik. Əsgərlərimiz gözəl alındığını söylədi. Onları yüksək ruh içində görməkdən çox mənmun idim.

Davamı

XS
SM
MD
LG