Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58

Apreldə ərzaq bahalanıb


Meyvələr
Meyvələr

-

Apreldə Bakıda ərzaq 1.3% bahalanıb.

«Turan» agentliyi keçirdiyi monitorinq zamanı bu nəticəyə gəlib. Bildirilir ki, martda ərzaq 1% ucuzlaşıb, fevralda 4.4% artım, yanvarda 2% azalma olub.

Agentliyin 30 əsas ərzaq növlərindən tərtib etdiyi ərzaq səbətində aprel ayı ərzində kələm (+50%), yumurta (+14,2%), quş əti (+7,7%), toyuq içalatı (+7,7%), şəkər tozu (+14%), makaron (+6,6%), soğan й (+12,5%), kərə yağı (+3%) bahalanıb.

Xiyar (-38,8%), kartof (-17,6%) ucuzlaşıb.

Başqa malların qiyməti dəyişməyib.

Mal və qoyun ətinin qiymətinin stabil olması fonunda toyuq əti və içalatının qiymətinin artması əhalinin daha ucuz heyvan zülalına üstünlük verdiyini göstərir. Şəkər tozu, makaron, soğan, kərə yağının qiymətinin artması onunla bağlıdır ki, bu ərzaqlar əsasən idxal edilir. Manatın 33 faizlik devalvasiyası ilə əlaqədar idxal məhsullarının, o cümlədən ərzağın qiymətinin artması gözlənilirdi. Bazardakı vəziyyət göstərir ki, sənaye məhsulları ilə müqayisədə ərzaq cüzi bahalaşıb. Bu devalvasiyadan sonra ərzaqların qiymətinin təyin edilməsinə inzibati nəzarətlə bağlıdır.

XS
SM
MD
LG