Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

«Hərb, yoxsa sülh: Qarabağla bağlı seçim anı yaxınlaşır»


Serzh Sarkisian Dağlıq Qarabağda hərbi təlimlərdə - 2014

Serzh Sarkisian Dağlıq Qarabağda hərbi təlimlərdə - 2014

-

«Hərb, yoxsa sülh: Qarabağla bağlı seçim anı yaxınlaşır» – «Yeni Müsavat» qəzeti belə yazır.

Məqalədə deyilir ki, dinc nizamlama prosesinin üçüncü on ildir səmərə verməməsi müharibə variantını aybaay artırır:

«Fakt budur ki, Ermənistan öz ixtiyarını çoxdan Rusiyaya verib. İşğalçı ölkə Putin-in SSRİ-ni bərpa layihəsi kimi ortaya atdığı Avrasiya Birliyinə daxil olmaqla Qarabağ məsələsində olan-qalan müstəqilliyini, iradəsini də artıq itirib.

Görün, vəziyyət nə yerdədir ki, Rusiya prezidenti 24 aprel Yerevana səfərinin şərti kimi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Sahakyan-ın mərasimə qatılmasına qadağa qoyur və buna asanlıqla nail olur. Bu faktın özü Kremlin Yerevan və Xankəndi üzərində diktəsini, hökmünü bir daha qabarıq şəkildə nümayiş etdirir».

İLHAM ƏLİYEVİN «RUSİYA REVERANSI»

«Azadlıq» qəzeti İlham Əliyevin Krım məsələsində niyə Moskvanı müdafiə etməsindən yazır:

İlham Əliyev və Vladimir Putin

İlham Əliyev və Vladimir Putin

«Krım məsələsində Azərbaycan hakimiyyəti Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxır. İlham Əliyevin sözlərindən aydın olur ki, Azərbaycan hakimiyyəti Rusiyanın Ukraynaya yönəlik addımlarını işğal kimi dəyərləndirmir. Siyasi ekspertlərin fikrincə, hakimiyyətin bu ziddiyyətli mövqeyi Qərblə münasibətlərin ürəkaçan olmamasından irəli gəlir. Azərbaycan hakimiyyəti ondan demokratiya tələb edən Qərbdən uzaqlaşıb Rusiyanın yanında yer ala biləcəyinin mesajını verir. Bunun üçünsə təbii ki, Moskvanı qəzəbləndirəcək mövqe sərgilənməməlidir».

QƏDİM İPƏK YOLUNUN BƏRPASINDA MARAQLI OLANLAR

«Azərbaycan hökuməti qədim İpək Yolunun bərpa edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycan bu layihənin reallaşmasının təşəbbüskarı olub». Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifova istinadın yap.org.az yazır.

Samir Şərifov

Samir Şərifov

Çinin qədim İpək Yolunun bərpa edilməsində maraqlı olduğunu bildirən Samir Şərifov deyib:

«Qədim İpək Yolu digər dövlətlərə, o cümlədən Çin Xalq Respublikasının şimal-qərb regionları üçün də nəqliyyat baxımından çox böyük imkanlar qazandıracaq. Belə ki, Çin məhsullarının Mərkəzi Asiya və Xəzər dənizindən, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa bazarlarına çıxarılması imkanı yaradılacaq. Bu baxımdan hesab edirik ki, Azərbaycanın atdığı addımlar bəhrəsini verməkdədir».

Günün bütün mövzuları

XS
SM
MD
LG