Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Taliban-əfqan danışıqlarında irəliləyiş olmayıb


Əfqan qüvvələru Kunduzda

Əfqan qüvvələru Kunduzda

-

Əfqanıstan hökumətinin rəsmiləri və Taliban üzvləri Dohada iki günlük danışıqlar aparıblar. Mayın 3-də keçirilmiş qapalı danışıqların bəzi detalları üzə çıxıb.

Talibandan bir iştirakçı mayın 3-də Reuters agentliyinə deyib ki, səkkiz üzvdən ibarət Taliban nümayəndə heyəti əfqan rəsmiləri ilə birbaşa danışıqlar aparıb. Tərəflər mümkün atəşkəs müzakirə ediblər, ancaq ABŞ əsgərlərinin ölkədə qalması məsələsində narazılıq yaranıb. Taliban deyib ki, bütün xarici əsgərlər Əfqanıstandan çıxanadək onlar döyüşü dayandıran deyillər.

Hökumətin nümayəndə heyəti deyib ki, xaricilərin çoxu çıxıb, ancaq təlimçilər qalıb, onlar da Taliban döyüşü dayandırsa, çıxacaqlar.

Danışıqlar heç bir razılaşma olmadan bitib. Tərəflər “ola bilsin gələn ay” Birləşmiş Ərəb Əmirliklərində daha bir görüş keçirməyə razılaşıblar.

Taliban bu yaxınlarda Əfqanıstanın şimalında hücuma keçib, silahlıları Kunduz şəhərinədək gəlib çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG