Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:14

Rusiyalı baykerlər Almaniyaya daxil olub


Rusiyalı bayker Stalinin porterini tutub

Rusiyalı bayker Stalinin porterini tutub

-

Polis bildirir ki, bir qrup rusiyalı millətçi bayker Almaniyaya daxil olub. Baykerlərin Moskvadan başladığı yürüş mayın 9-da Berlində bitməlidir. Bavariya polisi qrupun mayın 3-də günortadan sonra Avstriyadan gəldiyini deyir, ancaq onların sayı açıqlanmayıb.

Kremlyönlü Gecə Canavarları 2-ci dünya müharibəsində Rusiya və müttəfiqlərinin faşizm üzərində qələbəsinin 70 illiyini qeyd edirlər.

AB-nin bəzi rəsmiləri baykerlərin planını tənqid edib. Polşa onlara viza verməyib.

Almaniya hökuməti klub rəhbərliyinə bağlı olan bir qrup şəxsin vizasını ləğv edib.

Mayın 2-də qrupun iki üzvü Vyanada sovet əsgərlərinə abidə önünə əklil qoyub.

Rusiya ilə Qərbin münasibəti Ukrayna münaqişəsi üzündən pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG