Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:03

«Əsgər atası» filmini çəkən rejissor vəfat etdi


"Əsgər atası" filmindən kadr.

"Əsgər atası" filmindən kadr.

Gürcüstanda SSRİ xalq artisti, Gürcüstanın xalq artısti, kinorejissor Rezo Çxeidze 89 yaşında vəfat edib.

-

Gürcüstanda SSRİ xalq artisti, Gürcüstanın xalq artısti, kinorejissor Rezo Çxeidze 89 yaşında vəfat edib.

Çxeidzenin ən populyar filmi 1964-cü ildə çəkilmiş “Əsgər atası” filmidir.

Çxeidze 1956-cı ildə “Maqdananın mavigözlüsü” filminə görə Kann kinofestivalının mükafatını qazanıb.

O həmçinin rejissor Tenqiz Abuladze ilə çəkdiyi bu filmə görə Edinburq kinofestivalında mükafatlandırılıb.

Çxeidzenin digər işləri“Pöhrələr”, “Məsihin məzarındakı şam”, “Burda dan sökülür” filmləridir.

Revaz Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə 1937-ci ildə güllələnmiş yazıçı David Çxeidzenin ailəsində doğulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG