Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52

Burada yerli döyüşçülər və şiəməzhəb husi qiyamçıları arasında gedən vuruşmalarda Səudiyyə Ərərbistanın saçma bombalardan istifadə etdiyi bildirilib.

Yəməndə Ədən hava limanının yaxınlığında ağır döyüşlərin getdiyi xəbər verilib.

Burada yerli döyüşçülər və şiəməzhəb husi qiyamçıları arasında gedən vuruşmalarda Səudiyyə Ərərbistanın saçma bombalardan istifadə etdiyi bildirilib.

Cənub Xalq Müqaviməti adlanan qruplaşma Səudiyyə Ərəbistanının dəstəyi ilə Ədən hava limanını qiyamçılardan geri almağa çalışır.

Cənublular bunu da xəbər veriblər ki, onların sıralarında Səudiyyədə hazırlanmış 40-50 xüsusi qüvvə döyüşçüsü var.

Bununla belə, Səudiyyə Ərəbistanı Yəməndə hər hansı quru əməliyyatında iştirakını və ya Yəmənə qeyri-Yəmən qüvvələri göndərməsini təkzib edib.

Yəməndə prezident Abd-Rabbu Mansour Hadi-nin hakimiyyətini bərpa etməyə çalışan ərəb koalisiyasına Səudiyyədən başqa daha 8 ölkə daxildir.

Yəməndə döyüşlər başlanandan bəri mindən çox insanın həlak olduğu, onlardan 115-nin uşaqlar olduğu bildirilib.

Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch bildirib ki, çox ehtimal, Səudiyyə başqa ölkələrdə qadağan edilmiş saçma bombalardan istifadə edir.

Şiəməzhəb husiləri dəstəkləyən İran prezident Hadinin hakimiyyətini tanımır və Səudiyyənin hava zərbələrini Yəmənin daxili işlərinə qarışılması kimi qitymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG