Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:12

Yerevanda tarixi abidələri yeni binalar əvəz edir


Aleksandr Spendiaryan adına Opera və Balet Teatrı
Aleksandr Spendiaryan adına Opera və Balet Teatrı

Yerevanın lap mərkəzində, Respublika küçəsində Ter-Avetikyanların mülkü var. Mülk 100 il əvvəl tikilib. Repressiya dövründə mülki sahiblərinin əlindən alıblar. İndi evin bir hissəsində Tereza Ter-Avetikyan yaşayır. Tereza deyir ki, babalarının mülkü olan bu binanın birinci mərtəbəsini kababxana etmək istəyirlər.


Tarixi mədəni dəyəri olan bu binada artıq bir neçə obyekt var. Bir tərəfdə lahmacun bişirirlər, bir tərəfində isə İnternet klub açıblar. Tereza Ter-Avetikyan buna çox qəzəblənir:

«Lahmacun, kabab, İnternet-klub, gecə saat 3-ə qədər səs-küydür. Hamısı da deyir ki, bütün bunlar qanunidir»
«Lahmacun, kabab, İnternet-klub, gecə saat 3-ə qədər səs-küydür. Hamısı da deyir ki, bütün bunlar qanunidir».


Tereza etirazını bütün dövlət idarələrinə bildirib, amma istədiyi cavabı almayıb. Ona deyiblər ki, binada aparılan bütün tikinti işləri qanunidir, sənədlər qaydasındadır.


«Hər şey qanunidir. Ətrafınıza baxın, mən də tikirəm, burda da tikirlər, bütün şəhərdə belədir. Mən heç bir qanunu pozmuram».


Tarixi-mədəni abidələrin qorunması üzrə Yerevan ərazi idarəsinin rəisi Karo Ayvazyan deyir ki, qanunu pozmurlar, əksinə, xeyir iş görürlər. Binanın zirzəmiləri bərbad haldadır, camaat onu təmir edir, təmir tikintinin dəyərini heç də azaltmır: «Zirzəmi dəhşətli vəziyyətdədir. Onu istifadə etmək lazımdır. Bu qanunidir».


Yerevanda belə misallar çoxdur. Mütəxəssislər deyirlər ki, Yerevanın mərkəzindəki tikililərin çoxu eyni haldadır: tarixi-mədəni əhəmiyyətli binaların içində hansısa obyekt var, sahibləri də deyirlər ki, hər şey qayda-qanunladır.


XS
SM
MD
LG