Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00

Avropa Oyunlarının məşəli Biləsuvardan sonra Cəlilabada yola salınıb


"Bakı 2015" İlk Avropa Oyunları məşəli, Lerik rayonu

"Bakı 2015" İlk Avropa Oyunları məşəli, Lerik rayonu

Mayın 3-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Masallıdan Biləsuvara gətirilib.

Avropa Oyunlarının rəmzi qapısında fəal gənclərdən Səbinə Hüseynova məşəli qəbul edib.

Sonra 10 məşəlçi Oyunların rəmzi qapısından 4 kilometr məsafədə yürüşə başlayıb. Birinci Avropa Oyunlarının məşəli Biləsuvardan sonra Cəlilabada yola salınıb.

Birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.

Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.

Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG