Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:01

Suriya ilə bağlı yeni müzakirələr başlayır


Steffan de Mistura, BMT-nin Suriya üzrə xüsussi nümayəndəsi

Steffan de Mistura, BMT-nin Suriya üzrə xüsussi nümayəndəsi

Mayın 4-də İsveçrənin Çenevrə şəhərində Suriyadakı daxili müharibənin həlli ilə bağlı müazkirələr başlayır.

BMT-nin Suriya üzrə xüsussi nümayəndəsi Steffan de Misturanın keçirdiyi müzakirələrdə İran da iştirak edəcək. Dünyanın lider dövlətlərinin iştirak edəcəyi danışıqlar 5-6 həftə davam edəcək.

Danışıqlarda Suriyanın Müxalif və İnqilabi Milli Koalisiyasının rəhbərləri də iştirak edəcək.

Bu cür müzakirələr Cenevredə 2012-ci ildə də keçirilmişdi. Birinci Cenevrə danışıqlarından sonra müharibənin sona çatdırılması, keçid hakimiyyətinin qurulması ilə bağlı çağırışlar edilmişdi. Ancaq həmin müzakirələrin bir nəticəsi olmamışdı.

Bashar Assad rejiminin himayədarı olan İran 2012 və 2014-cü il danışıqlarında iştirak etməmişdi. İndi İran müzakirələrdə iştirak etməsi ilə böhranın həllində dönüş olacağı gözlənilir.

Suriyada 4 ildən artıqdır daxili müharibə gedir. Bu müharibədə 220 mindən çox adam həlak olub, 7,6 milyon adam evindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG