Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Bölgədə İŞİD təhlükəsi varmı?


«Çox təəssüf ki, bölgədə mürəkkəb proses gedir və təhlükələr var. Bölgəmizdəki ən böyük təhlükə islam adı altında dini radikal qrupların mənfi fəaliyyətidir. İŞİD kimi qruplaşmalar islama zərbə vurmaq üçün yaradılıb və onların əməlləri bölgədə İslama xidmət etmir».

Bunu mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tehranda İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkmanla görüşündə deyib.

Xəbəri Trend agentliyi yayıb.

Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının rəhbəri
Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının rəhbəri

M.Qurbanlı deyib ki, din və, dini təhsil sahəsində iki ölkə arasında imkanlar çoxdur. “Biz bu imkanları daha da genişləndirərək bu cür radikal qruplara qarşı birgə tədbirlər görə bilərik”.

M.Qurbanlı bildirib ki, Azərbaycan heç vaxt İrana qarşı hər hansı bir hərəkətlərin yol verilməsinə tərəfdar olmayıb, buna imkan yaratmayıb və bundan sonra da yaratmaz.

M.Qurbanlı Azərbaycan və İran arasında bütövlükdə heç bir problemin olmadığını vurğulayıb və İranda təhsil alan gənclərin məsələsinə toxunub. “Bizim Azərbaycanda dini təhsillə bağlı, mədrəsələrimiz, İslam Universitetimiz, Bakı dövlət Uiversitetində ayrıca ilahiyyat fakültəmiz var. Biz bu mədrəsələr və ali təhsil ocaqlarına diqqət yetiririk.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG