BMT zəlzələdən sonra Nepala göndərilən humanitar yardımların aeroportdakı gömrükdə saxlanıldığını bildirib. Təşkilat Nepal hökumətinə gömrük yoxlamalarını yumşaltmaqla bağlı xəbərdarlıq edib.
BMT baş katibinin humanitar yardımlar üzrə müavini Valeri Amos deyib ki, Nepal gömrük yoxlamalarının sürətləndirməlidir.
Yardımlar Katmandu aeroportuna gətirilir.
Aprelin 25-də Nepalda baş verən zəlzələdən sonra hələ çox adama humanitar yardım çatdırılmayıb.
7,8 bal gücündə olan zəlzələdə 7000-dən çox adam ölüb.