Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56

«Hakimiyyət başını itirib», ölkəyə səs salan toy, xaricdə müalicə - Media icmalında


Cəmil Həsənli, Milli Şuranın sədri

Cəmil Həsənli, Milli Şuranın sədri

«Hakimiyyət başını itirib» - «Azadlıq» qəzetinə müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli belə deyib.

Cəmil Həsənli qəzetə müsahibəsində son vaxtlar Qərbə qarşı başlanan hücumları məntiqsiz sayıb:

«Hakimiyyət özünü təqdim etmək, beynəlxalq aləmdə imicini yaxşılaşdırmaq üçün 8 milyard dollar vəsait xərcləyib və bütövlükdə proses də ona qarşı çevrilib. 8 milyard xərcləyib bütün dünyanı özünə qarşı çevirmək elə belə məsələ deyil, bunun üçün xüsusi «istedad» sahibi olmaq lazımdır. Hakimiyyətin bütün strukturlarını bürümüş isterika məhz bununla bağlıdır. Bir tərəfdən Avropaya qarşı total müharibə elan olunur, digər tərəfdən Avropa Oyunları üçün tərtib etdikləri «YAPsayağı» davranış kodeksi ilə ölkə vətəndaşları aşağılanır».


Cəmil Həsənli deyib ki, bu gün Amerikaya, Qərbə qarşı başlanan kampaniya Rusiyanın xoşuna gəlmək arzusundan irəli gəlir:

«Qərb Azərbaycandan nə tələb edir? Öz xalqınla adam kimi rəftar elə, öz vətəndaşını haqsız yerə tutma, öz gəncinin, dindarının cibinə narkotika atma, azad seçki keçir. Deyir ki, bu əməllərdən əl çəkmirsənsə, demokrat imicinə iddia etmə. Bizimkilər isə Avropada kilsə təmir etməklə demokratiya ləbbadəsi geyinmək istəyir».


«AZƏRBAYCANA QARŞI QARA PİAR NƏTİCƏ VERMƏYƏCƏK»

John Kerry, ABŞ Dövlət katibi

John Kerry, ABŞ Dövlət katibi

«Yeni Azərbaycan» qəzeti yazır ki, İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı Qərbdə, xüsusilə də ABŞ-da kampaniya aparılır:

«Bu, hər şeydən öncə, «demokratiya», «insan hüquqları» kimi məfhumları əldə bayraq etmiş Qərbin fəaliyyətinin gerçək mahiyyətini aşkar edir. Faktlar göstərir ki, ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı sistemli «qara piar» və təzyiq kampaniyası təşkil etməkdə iki məqsəd var: bunlardan biri Azərbaycanın müsbət beynəlxalq imicinə zərbə vurmaq, ikincisi ölkə daxilində qeyri-qanuni, dağıdıcı fəaliyyət göstərən və himayə etdikləri “beşinci kolon”un nümayəndələrini müdafiə etməkdir. Azərbaycana qarşı “qara piar” kampaniyasının əsas fiquru kimi çıxış edən John Kerrinin öz ölkəsində hazırda «demokratiya», «insan haqları», «polis zorakılığı» kimi məsələlər çox aktualdır. Bütövlükdə, Azərbaycan ictimaiyyətinin nümayəndələri - ekspertlər, vətəndaş cəmiyyəti təmsilçiləri, gənclər bu cür «qara piar»​ kampaniyasına kəskin etiraz edirlər. Qətiyyətlə ifadə olunur ki, bu kampaniya heç bir nəticə verməyəcək».


XARİCƏ MÜALİCƏYƏ GEDƏNLƏRİN AQİBƏTİ NECƏ OLUR?

«Bizim Yol» qəzeti yazır ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar üçün 2005-ci ildən xaricdə müalicə adlı proqram var.

Səhiyyə Nazirliyindəki bu işlə məşğul olan komissiyanın katibi İradə Əliyeva bildirib ki, 2014-cü ildə cəmi 2 nəfər xaricdə müalicə üçün göndərilib.

9 yaşlı aplastik anemiya xəstəsi Murad Bayramovun valideynləri övladlarının müalicəsi üçün komissiya müraciət edib. Komissiyadan onlara deyiblər ki,
«bizlik deyil».

«Hansı ki, xəstəliyin müalicəsi Azərbaycanda yoxdur», deyə qəzet yazır.

ÖLKƏYƏ SƏS SALAN BƏYLƏ GƏLİN...

Zaur və Vüsalə

Zaur və Vüsalə

«Yeni Müsavat» qəzeti Zaur və Vüsalə cütlüynün yadda qalan toy mərasimindən yazır.

Qəzet yazır ki, Zaur fiziki məhdudiyyətlidir. Cütlüyü birləşdirən isə sevgidir.

«34 yaşlı Zaur Seyidzadə həyatı boyu hər bir çətinliklə mübarizə apardığını və həyatda hər şeyə nail olduğunu deyir. Onun sözlərinə görə, fiziki məhdudiyyətlər insanın ailə qurmasına, xoşbəxt olmasına əngəl deyil. Hətta bu məsələnin mətbuatda qabardılmasını da qəribə qarşılayır. Həyat yodaşı Vüsalə xanım isə deyir ki, o Zauru fiziki məhdudiyyətli insan olaraq görmür, onu sağlam bir insan kimi qəbul edir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG