Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:30

Asiya İnkişaf Bankı Azərbaycanın 3 özəl bankına 120 milyon dollar ayırdı


Azərbaycan, Salyanda üzüm bağı

Azərbaycan, Salyanda üzüm bağı

Asiya İnkişaf Bankı (AİB) Access Bank, Finca Azərbaycan və Dəmirbank-a kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün 120 milyon dollar ayrılmasını təsdiqləyib.

AİB-nin Özəl Sektorla Əməliyyat Departamentinin rəhbəri Todd Freeland bildirib ki, 3 banka ayrılan vəsait AİB Azərbaycanın maliyyə bazarına dəstəyini davam etdirdiyin göstəricisidir:

«Kənd təsərrüfatının inkişafı üçün ayrılan bu vəsait kiçik fermerlərin və sahibkarların maliyyələşdirilməsinə yardım edəcək, eləcə də digər sahələrdəki kiçik sabikarlar da banklardan kredit ala biləcəklərr».

Access Bank Azərbaycanda kənd təsərrüfatını dəstəkləyən 5 böyük bankdan biridir. Finca, özəlliklə, Azərbaycanın bölgələrində fəaliyyət göstərən qeyri-bankdır. DəmirBank Azərbaycanın mikromaliyyələşdirmə portofeli olan ikinci böyük bankdır.

Azərbaycan iqtisadiyyatının neftdən aslılığını azaltmaq üçün AİB 2005-ci ildən bəri ölkənin maliyyə sahəsinə ümumilikdə 215 milyon dollar ayırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG