Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:08

İslam Dövlətinin cihadçıları yüzlərlə yezidini öldürüblər


Yezidilər mart ayında Süleymaniyyədə etiraz aksiyası keçiriblər.

Yezidilər mart ayında Süleymaniyyədə etiraz aksiyası keçiriblər.

Yezidi Tərəqqi Partiyasının verdiyi məlumata görə cihadçılar cümə günü Tel Afar məntəqəsində 300 yezidi əsiri öldürüblər.

İraq rəsmilərinin verdiyi xəbərə görə İD yaraqlıları Mosul şəhərinin qərbində bir neçə yüz yezidini qətlə yetiriblər.

Yezidi Tərəqqi Partiyasının verdiyi məlumata görə cihadçılar cümə günü Tel Afar məntəqəsində 300 yezidi əsiri öldürüblər.

Dini azlıq olan yezidilərin minlərlə nümayəndəsi ötən il İD cihadçıları tərəfindən əsir edilib.

Müxbirlər bildirirlər ki, ölümlərin necə və dəqiq olaraq nə vaxt baş verdiyi bilinmir.

İD yezidiləri kafir hesab edir. Minlərlə yezidi canlarını qurtarmaq üçün Ninəva vadisinin Sincar rayonundan kürdlərin nəzarətində olan ərazilərə sığınıb.

Çox sayda yezidi kişinin öldürüldüyü, qadınların isə seks köləsi edildiyi xəbər verilir.

Yanvar ayında İD gözlənilmədən 200 yezidini azad etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG