Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

Albaniya öz “DTK”-sının arxivlərini açır


Albaniyanın keçmiş diktatoru Enver Xoca
Albaniyanın keçmiş diktatoru Enver Xoca

Albaniya parlamentinin qəbul etdiyi yeni qanun kommunist rejimi illərində təqiblərə məruz qalan vətandaşların və ya onların yaxınlarının müraciətləri ilə məxfi polisin arxivlərinə giriş imkanı yaradacaq.

Albaniya parlamentinin qəbul etdiyi yeni qanun kommunist rejimi illərində təqiblərə məruz qalan vətandaşların və ya onların yaxınlarının müraciətləri ilə məxfi polisin arxivlərinə giriş imkanı yaradacaq.

“Siqurumi” kimi tanınan dövlət təhlükəsizliyi xidməti sovet DTK-sının və ADR Ştazisinin modeli əsasında yaradılmışdı və xəbərçilərin geniş şəbəkəsinə söykənirdi.

Kommunist diktator Enver Xoca hakimiyyətə 1944-cü ildə gəlmiş və qəddar repressiyalar və ölkəsinin özünütəcridi vasitəsilə 1985-ci ildə ölənədək Albaniyaya başçılıq etmişdi.

Yalnız 1991-ci ildə xalq kütlələrinin etirazları bu hakimiyyətə son qoyub və Albaniyada demokratik dəyişikliklər başlanıb.

Albaniya kommunistləri özlərini sona qədər Stalin tərəfdarı hesab edirdilər və hətta 1960-cı illərdə Xruşşovun ifşalarından sonra da sovet dikatatoruna sitayişlərini davam etdirirdilər.

Xəbər verilir ki, kommunist rejimi son günlərində bir çox məxfi sənədləri məhv etməyə vaxt tapsa da, xeyli sayda sənəd hər halda qorunub saxlanıb.

Ərizələr əsasında gizli arxivlərə həm də keçmiş rejimin adamları baxa biləcəklər.

Tarixçilərin təxmininə görə kommunist rejimi illərində 7 min insan edam edilib və 100 min nəfər heç vaxt qayıtmayacaqları sürgünlərə göndərilib.

Yeni qanun həmçinin lüstrasiya qaydalarının tətbiqinə imkan verəcək. Lüstrasiya keçmiş rejimdə xidmət etmiş şəxslərin yeni hakimiyyətdə iştirakını qadağan edəcək.

Qanun 84 leyhinə, 22 əleyhinə nisbətində qəbul olunub.

XS
SM
MD
LG