Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:17

«Azadlıq» qəzetinin bina problemi söz azadlığı problemlərini də qabardıb


Zahid Oruc və Qənimət Zahidovla söhbət, 3 noyabr 2006

Zahid Oruc və Qənimət Zahidovla söhbət, 3 noyabr 2006

Azərbaycanda son illər müxalifət partiyaları mətbuata təzyiqlərindən bəhs edir. Son həftələr isə bu məsələnin aktuallaşmasında Dövlət Əmlak Komitəsinin «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarmaq istəməsi başlıca rol oynadı.

«Panorama» adlı həftəlik radio-icmalda söz və mətbuat azadlığına nə dərəcədə təhlükə yarandığını müəyyənləşdirməyə çalışırıq. Həmsöhbətimiz isə Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc və «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidovdur.


QƏNİMƏT ZAHİDOV: «Söz azadlığına təhlükə problemi nə «Azadlıq» qəzetinin binası ilə başlayıb, nə də ANS-in lisenziyası ilə. Azərbaycanda söz azadlığına təhlükə 10 ildən artıqdır ki, var... Müxtəlif vaxtlarda bu məsələ kəskin formada qalxır, sonra bir qədər səngiyir. Amma bu səngimək də onunla bağlı deyil ki, hökumət təzyiqləri azaldıb. Sadəcə olaraq, ictimai etiraz bir qədər mütəşəkkil, bir qədər daha səfərbər olanda, hakimiyyət öz addımlarını ölçür-biçir. Yerli ictimai etirazlarla beynəlxalq ictimai rəy üst-üstə düşəndə Azərbaycan hakimiyyəti çalışır ki, həmin mərhələdə mətbuat azadlığı ilə bağlı təhlükəli nöqtələrə az vursun. Amma bütövlükdə, söz azadlığı Azərbaycanda ən böyük problem kimi qalır...


ZAHİD ORUC: 1998-ci ilə qədər Milli İstiqlal Partiyası o vaxt Binəqədi rayon Partiya Komitəsinin elə böyük bir binasını bütövlükdə ələ keçirmişdi ki, o binanı hətta partiya üzvlərinin sayı etibarilə də doldura bilmirdi. Açıq-aşkar aydın idi ki, bu, həqiqətən də qeyri-qanuni bir mübarizənin nəticəsində ələ keçirilmiş bir yerdir. Bu məsələyə münasibətdə qanunların tətbiqi başladı və o partiya ordan çıxmalı oldu. Eyni hal da 2003-cü ildə Müsavatla baş verdi. Bu coğrafi yerdəyişmələr o partiyanın radikalizmini, siyasi mübarizə imkanlarını, təşkilatçılıq qabiliyyətinin aşağı salırmı?... Bildiyim qədər Müsavat Partiyası indi fəaliyyətini davam etdirir... Onlar [müxalifətçilər] hesab edirlər ki, müxalifətçilik adına görə onlar toxunulmaz bir kastadırlar. Yəni bunlar hər hansı bir müqavilədən kənardadırlar...


ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG