Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:54

«Boinq 777»nin düşdüyü yerdə axtarışlar başa çatıb


Hollandiyadan olan təhqiqatçılar təyyarənin qaldıqlarına baxırlar – 6 noyabr 2014.
Hollandiyadan olan təhqiqatçılar təyyarənin qaldıqlarına baxırlar – 6 noyabr 2014.

-

Donetsk vilayətində «Boinq 777»nin qəzaya uğradığı yerdə axtarış işləri başa çatdırılıb.

Mayın 3-də aviaqəzada həlak olanların qalıqları son 7 konteynerlə Xarkovdan Eyndhovenə yola salınacaq.

Bu haqda Hollandiyanın təhlükəsizlik və ədliyyə naziri Ard van der Steur məlumat verib.

Onun dediyinə görə, beynəlxalq axtarış missiyasının işini başa vurması o demək deyil ki, gələcəkdə yeni materiallar aşkarlanmayacaq. Bununla belə, nazir bildirib ki, tapılması mümkün olan hər şey tapılıb və yola salınmağa hazırdır.

Aviaqəzada həlak olan Hollandiyanın iki vətəndaşı hələ də tanınmayıb.

«Malaysian Airlines»a məxsus «Boinq 777» təyyarəsi 2014-cü il iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən Donetsk yaxınlığında vurulub. Onu Rusiyayönümlü separatçıların vurduğu ehtimal edilir. Rusiya bu versiyanı rədd edir və təyyarənin Ukrayna hərbçiləri tərəfindən düşürüldüyünü bildirir.

Təyyarədə olan 298 nəfər ölüb, onların çoxu Hollandiya vətəndaşı idi.

XS
SM
MD
LG