Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:21

-

Mayın 1-də vəfat edən politoloq, keçmiş dövlət müşaviri Vəfa Quluzadə dəfn olunub.

apa-nın məlumatına görə, mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Yasamal qəbiristanlığında - gənc yaşlarında xəstəlikdən vəfat etmiş oğlunun məzarı yanında torpağa tapşırılıb.

V.Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.

İxtisasca şərqşünas olub. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb.

1973-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-cı ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həlli üçün aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərinə, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslara, NATO-nun iclaslarına qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG