Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:12

Qarabağın azərbaycanlı icması bəyanat yaydı


«Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov

«Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov

-

«Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyi mayın 3-də «Dağlıq Qarabağ Respublikası»nda qanunsuz «parlament seçkiləri»nin keçirilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu «seçkilər» Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqlarını nəzərə almır.

«Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər» - bəyanatda bildirilir.

İctimai Birlik işğal altındakı ərazilərində keçirilən bu cür «seçkilər»i indiyədək beynəlxalq təşkilatlar və başqa ölkələrin tanımadığını vurğulayır: «Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG