Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:55

-

Şamaxı sakini Əlövsət Səfərov AzadlıqRadiosunun «Qaynar xət»inə rayonun icra hakimiyyətindən və məhkəmələrindən şikayət edib. Deyir ki, 1984-cü ildən sovxozdan ailə podratı ilə 6 hektarlıq üzümçülük sahəsi icarəyə götürüblər. 1998-ci ilə kimi üzümçülüyü inkişaf etdiriblər. Həmin ildə aparılan torpaq aqrar islahatları zamanı 12 hektar sahə əlindən çıxıb. İddiasına görə, ona çatmalı olan torpaq sahəsi püşkatma yolu ilə başqaları arasında bölüşdürülüb. Ona isə başqa ərazidən torpaq sahəsi düşüb. Əlövsət Səfərov deyir ki, bundan başqa, 16 ildir nə ailə üzvləri, nə də o əmək kitabçasını və son haqq-hesabını ala bilmir:

ƏMƏK KİTABÇALARIMIZI VERMİRLƏR

«1998-ci ildə guya islahat keçirdilər. Prezidentin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanına görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan torpaqlar əvəzsiz onların mülkiyyətinə verilir. Həmin üzümçülük sahəsi də 1987-ci ildən 1999-cu ilin fevralına qədər bizim qanuni icarəmizdə olub. Hökumət onu özümüzə verməkdənsə, başqaları arasında bölüşdürüb. Üzüm şitilləri natura şəklində əmlakımız idi, məzuniyyət haqqımız, əmək haqqımız, əmlak payımız var. Bu günə qədər əmək kitabçalarımızı da islahat komissiyasının sədrindən ala bilmirik. Deyir vermirəm, vəssalam. Məhkəmələr də hüquqlarımızı bərpa etmədi. Baxmayaq ki, torpaq islahatı haqqında qanunun çoxsaylı maddələri, kolxoz və sovxozların əmlakının bölünməsi haqqında qanun, bütün fərman və sərəncamlar bizim tərəfimizdədir, ancaq heç biri icra olunmur».

İcra Hakimiyyətindən iddiasını əsassız hesab ediblər.Bildiriblər ki, Əlövsət Səfərovun və ailəsinin pay torpağı var. İşlədiyi müddət də məhkəmə qaydasında təsdiq olunub, iş stajı da hesablanıb. Əmək kitabçalarına gəlincə, sovxozun o vaxtkı direktoru tərəfindən özünə verilib.

"ŞİKAYƏTÇİ HAQLI DEYİL"

Hüquqşünas Fuad Hüseynov da sovxoz torpağının bölgüsü məsələsində Tovuz sakininin iddiasının qanuna söykənmədiyini deyir:

«Sovxoz torpaqlarının islahatının aparılması 1990-cı ilə qədər qəbul olunmuş «Sovxoz və kolxozların istifadəsi haqqında» qanuna, bir də «Torpaq islahatı haqqında» qanuna əsasən müəyyən olunub. Bəlli olduğu kimi, sovxoz torpaqları dövlət mülkiyyətində olan torpaqlar sayıldığı üçün həmin torpaqların islahatı həmin sovxozun ərazisində yaşayan və vətəndaşların ümumi sayı miqdarında hissələrə bölünərək püşkatma əsasında bölüşdürmə yolu ilə aparılıb. Şikayətçinin dediyi kimi də bu qaydaya əməl olunub. Püşkatma ilə həmin torpaqlar başqa şəxsə verilib. Bu şikayətçinin icarəsindəki 6 hektar torpaq sahəsi kifayət qədər böyük sahə olub, O qədər torpaq sahəsinin bir ailəyə verilməsi digər vətəndaşların hüquqlarını pozmuş olardı».

Əlövsət Səfərov isə razılaşmır. O, mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə də şikayət göndərib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG