Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:14

-

Rəsmi məlumatlara görə, Nepalda ötən həftə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 6621 nəfərdir. Onların arasında azı 50 nəfər əcnəbidir. 14 min nəfərsə yaralanıb.

Avropadan gələn min nəfərə yaxın alpinistin itkin düşdüyü deyilir.

Nepal hakimiyyəti bildirib ki, başlıca diqqət zəlzələdən daha çox əziyyət çəkən bölgələrə ərzaq və dərman çatdırılmasına yönəlib.

Daxili işlər naziri isə «Zəlzələdən bir həftə sonra dağıntılar altında sağ qalanların olması ehtimalı çox azdır» deyib.

BMT-nin məlumatına görə, təbii fəlakət nəticəsində Nepalın 28 milyonluq əhalisindən 8 milyonu əziyyət çəkib. Təxminən iki milyon insanın çadıra, ərzağa, suya və dərmana ehtiyacı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG