Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:44

«Barmek»in işçiləri azad edilə bilər


Noyabrın 7 də «Barmek» Azərbaycanda fəaliyyətini rəsmən dayandırır

Noyabrın 7 də «Barmek» Azərbaycanda fəaliyyətini rəsmən dayandırır

«Barmek»in prezidenti Hüseyn Arabul «Azadlıq» radiosuna bildirib ki, şirkətin həbsdə olan işçiləri yaxın günlərdə azad ediləcəklər. Cənab Arabulun sözlərinə görə, noyabrın 5-də İqtisadi İnkişaf Nazirliyi ilə əks təhvil-təslim işləriylə bağlı son razılıq əldə olunub. Artıq o, işçilərinin həbsdən azad ediləcəklərinə əmindir:


«Bu gün mən həmin adamları həbs etdirənlərlə danışdım. Hamısı deyirlər ki, onların günahı olmadığını biz də bilirik. Ancaq ortada bir ittiham var və ona görə biz bunları istintaqdan keçirdik. Sən əks təhvil-təslimi bitir, qalanı asandır».


Hüseyn Arabul deyir ki, artıq əks təhvil-təslim işlərinin 95 faizi başa çatıb. Qalan işlər də bir həftəyə yekunlaşacaq. Noyabrın 7 də isə «Barmek» şirkəti Azərbaycanda öz fəaliyyətini rəsmən dayandırır. Həmin gündən başlayaraq Bakı və ətraf rayonlarda mənzillərin elektrik təminatıyla birbaşa Bakı Elektrik Şəbəkəsi məşğul olacaq.


Hazırda «Barmek-Azərbaycan» şirkətinin 11 vəzifəli işçisi və bir keçmiş meneceri həbsdədir.


Baş prokurorun müavini Rüstəm Usubov bu yaxınlarda bildirmişdi ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tezliklə şirkətin vəzifəli şəxsləri ilə bağlı aparılan cinayət işinin istintaqını yekunlaşdırıb məhkəməyə verəcək.


Baş Prokurorluq Bakı və Sumqayıt şəhərlərinin elektrik şəbəkələrini idarə edən Türkiyənin «Barmek-Azərbaycan» şirkətinə qarşı korrupsiya və mənimsəmə faktları üzrə 2006-cı ilin mart ayında cinayət işi qaldırıb. Baş Prokurorluğun açıqlamasında «Barmek» şirkətinin investisiya üzrə müqavilə öhdəliklərini yerinə yetirmədiyi, şirkətin dövlət əmlakını mənimsədiyi, maliyyə pozuntularına yol verdiyi qeyd edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG