Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46

-

ABŞ işğal edilmiş Azərbaycan ərazisində - tanınmamış «Dağlıq Qarabağ Respublikası»nda mayın 3-də keçiriləcək «parlament seçkiləri»nin nəticələrini qəbul etməyəcək.

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Jeff Rathke AZƏRTAC-ın sualına cavabında deyib:

«ABŞ Dağlıq Qarabağı müstəqil, suveren ölkə kimi tanımır və bununla əlaqədar olaraq mayın 3-də keçiriləcək «seçkilərin» nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək».

Jeff Rathke həmçinin bildirib: «ABŞ etiraf edir ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq və bu «seçkilər» Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir».

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ regionu 1992-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparılır.

XS
SM
MD
LG