Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:01

Bakıda Asiya İnkişaf Bankının illik toplantısı keçirilir


Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı

-

Mayın 2-də Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, illik toplantı «İnkişaf uğrunda əməkdaşlığın gücləndirilməsi» devizi altında keçirilir.

İllik Toplantıya təxminən 3000 nəfər qatılıb. Onlar üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmiləri, mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də alimlər, ekspertlədir.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev açılışda çıxış edərək Azərbaycanın sosial-iqtisadi inkişafı barədəməlumat verib.

AİB-nin prezidenti Takehiko Nakao son illər Azərbaycanda ümumi daxili məhsulun 4 dəfə artdığını, yoxsulluq səviyyəsinin aşağı salındığını deyib. O bildirib ki, Azərbaycan yüksəkgəlirli ölkələr sırasına daxil edilib, həmçinin savadlılıq səviyyəsi 100 faizə çatıb.

Cənubi Qafqazda ilk dəfə keçirilən bu toplantıda region və Mərkəzi Asiya üzrə əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi panel müzakirələrin birində diqqət mərkəzində olacaq.

Toplantıda Asiya və Sakit okean regionunun inkişaf potensialı müzakirə ediləcək. İqtisadi inkişafın qorunub saxlanılması və gələcəkdə yoxsulluq səviyyəsinin azaldılmasına yardım məqsədilə öz iqtisadi inkişaf modellərini dəyişkən daxili və xarici mühitə uyğunlaşdırmağa çalışan ölkələr tərəfindən yürüdülən siyasətə də nəzər salınacaq.

Panellərdə dövlət-özəl tərəfdaşlığı üçün düzgün mühitin təmin edilməsi; inkişaf səmərəliliyi; inkişaf edən Asiya şəhərlərini iqlim dəyişikliklərinə daha dayanıqlı və həyat üçün yararlı etmək; hərtərəfli səhiyyə xidmətləri ilə əhatə, gender bərabərliyi və innovasiya məsələləri üzrə müzakirələr aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG