Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:51

Baltimorda 25 yaşlı gəncin ölümünə görə 6 polisə qarşı ittiham irəli sürüb


 Marilyn Mosby

Marilyn Mosby

Baltimor prokuroru Marilyn Mosby 25 yaşlı afro-amerikalı Freddie Grayin ölümünə görə, işdən kənarlaşdırılmış 6 polisə qarşı ittiham irəli sürüb.

O bunu mayın 1-də bəyan edib.

Təxminən 2 həftə idi ki, onun ölümünə etiraz və polislərin məsuliyyətə cəlb edilməsi ilə bağlı etiraz aksiyaları keçirilirdi.

Polis maşınının sürücüsü ikinci dərəcəli qətlədə, qalan polislər isə qəsdən törədilməmiş qətl, hücum və qanunsuz həbs həyata keçirməkdə ittiham olunurlar.

Prokuror Freddie Grayın həbsinin qanunsuz olduğunu bildirib və qeyd edib ki, cibində bıcaq olması onun həbsinə əsas vermir.

O mətbuat konfransında bildirib ki, heç kim qanundan kənara çıxa bilməz və istintaqın gəldiyi nəticəyə görə bu qətl hadisəsidir.

Grayaprelin 19-da, bundan bir həftə əvvəl polis tərəfindən saxlanarkən aldığı xəsarətlərdən ölüb.

Aprelin 27-də onun dəfnindən sonra Baltimorda etirazlar və hərc-mərclik baş verib.

Polislə toqquşmada 20 polis xəsarət alıb, 250-dən çox aksiyaçı saxlanıb və bundan sonra şəhərdə komendant saatı tətbiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG