Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:11

Kreml Ukrayna prezident aparatının yaydığı məlumatı təkzib edib


Dmitry Peskov

Dmitry Peskov

Kreml prezident Vladimir Putinin Ukraynanın şərqində sülhməramlı qüvvələr yerləşdirilməsinə razılıq verməsi barədə məlumatı təkzib edib.

Ukraynanın prezident aparatı aprelin 30-da Putinin Donbasda sülhməramlı heyət yerləşdirilməsinin mümkünlüyünü qəbul etməsi barədə bəyanat yaymışdı.

Bəyanat Putinin Almaniyanın kansleri Angela Merkel,Fransa prezidenti Franciois Hollande və Ukrayna prezidenti Petro Poroshenko ilə telefon söhbətindən sonra verilib.

Kremlin sözçüsü Dmitry Peskov mayın 1-də Moskvada jurnalistlərə bunun tamamilə səhv məlumat olduğunu deyib.

Amma o eyni zamanda qeyd edib ki, Rusiya heç vaxt sülməramlı qüvvələr yerləşdirilməsi məsələsinə qarşı olmayıb.

Liderlər telefon söhbətində müəyyən irəliləyiş olduğunu deyirlər.

Bura ağır silahların təmas xəttindən çıxarılması da daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG