Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Baş nazirin xanımı Azərbaycana gəlir


Anikó Lévai
Anikó Lévai

-
Macarıstanın baş naziri Viktor Orbán-ın xanımı Anikó Lévai mayın birinci ongünlüyündə Azərbaycanda səfərdə olacaq.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, ilk dəfə baş tutan səfər tanışlıq xarakteri daşıyır.

Xanım Lévai-nin redaktorluğu altında artıq bir neçə ildir ki, Budapeştdə «Macar mətbəxi» («Magyar konyha») adlı populyar jurnal nəşr edilir.

Bu nəşr oxucuları ayrı-ayrı dünya ölkələrinin kulinariya mədəniyyəti ilə də yaxından tanış edir.

Xəbərdə vurğulanır ki, xanım Lévai-nin Azərbaycana səfərinin məqsədlərindən biri də son illərdə özünəməxsusluğu, çoxçeşidliliyi və zənginliyi ilə tanınan Azərbaycan mətbəxinə dair jurnalın xüsusi sayının hazırlanması ilə bağlıdır.

Azərbaycanda olduğu günlərdə xanım Anikó Lévai-nin Naxçıvana, Gəncə və Qəbələyə səfərləri, habelə Heydər Əliyev Fondunu ziyarəti planlaşdırılır.

Xəbərdə deyilir ki, səfir Vilayət Quliyevlə görüş zamanı xanım Lévai son illər Azərbaycanla Macarıstan arasında geniş vüsət alan əlaqələrin, habelə Azərbaycan mədəniyyətinə, mətbəxinə,turistik imkanlarına böyük marağın bu səfərin baş tutmasına zəmin yaratdığını xüsusi vurğulayıb.

Baş nazirin xanımı Azərbaycanın Macarıstandakı səfirliyinin və Macarıstan-Azərbaycan dostluq cəmiyyətinin birgə səyi ilə macar dilində çap olunan üçcildlik «Azərbaycan nağılları» kitabını da yüksək qiymətləndirib və onu gənc həmvətənlərinin ehtiyac duyduğu «mənəvi qida» kimi dəyərləndirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG