Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:22

Türkiyədə polislə nümayişçilər toqquşub- [fotolar]

Mayın 1-də Avropa və bütün dünya boyu zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü münasibəti ilə kütləvi nümayişlər keçirilib. Həmkarlar ittifaqları və fəalların təşkil etdikləri aksiyalar ümumilikdə sakit keçib.

Amma Türkiyədə polislə nümayişçilər arasında kəskin toqquşmalar olub.

Buna səbəb hakim dairələrin İstanbulun Taksim meydanında nümayişə qadağa qoyması olub.

Əraziyə minlərlə polis cəlb edilib.

Təhlükəsialik qüvvələri nümayişi dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Öz növbəsində nümayişçilər polisi daşa basıb, yandırıcı vasitələr atıb.

Həmçinin İranın paytaxtı Tehranda minlərlə adam iş şəraitinin yaxşılaşdırılmasını tələb edib və xaricilərin iş yerlərini tutmasına etiraz bildiriblər.

Hazırda İranda işsizliyin səviyyəsi 10 faizə çatıb.

Hazırda bu ölkədə qonşu Əfqanıstandan milyondan çox adam çalışır.

Onların əksəriyyəti tikinti və kənd təsərrüfatı sahəsində işləyir.

Davamı

Bölmələr

XS
SM
MD
LG