Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:15

Böyük Britaniya rəsmisi siyasi partiya təmsilçiləri ilə görüşüb


Britaniya bayrağı

Britaniya bayrağı

-
Mayın 1-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz bölməsinin rəhbəri Emma Baines Azərbaycandakı siyasi partiyaların nümayəndələri ilə görüşüb.

Səfirliyin binasında xanım Baines Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və REAL Hərəkatının icra katibi Natiq Cəfərli ilə ölkədəki ictimai-siyasi durum, siyasi məhbuslar, Bakı Avropa Oyunları, payızda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparıb.

Xəbəri Müsavat Partiyası yayıb.

Emma Baines mayın 1-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi ilə də görüşüb. yap.org.az saytının məlumatına görə, onu YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı partiyanın qərargahında qəbul edib.

Görüşdə ictimai-siyasi münasibətlər, YAP-ın parlament seçkiləri ərəfəsində həyata keçirdiyi layihələr müzakirə edilib.

Hər iki görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Steve McCormick iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG