Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:50

“Rusiya prezidenti Vladimir Putin hərəkətləri ilə Qərb, Avropa Birliyi və NATO-nu parçalamağa çalışır”.

Bunu Avropadakı NATO qüvvələrinin baş komandanı, amerikalı general Philip Breedlove cümə axşamı Vaşinqtonda, ABŞ senatının silahlı qüvvələrlə bağlı komitəsində çıxış edərkən deyib.

"Hesab edirəm ki, prezident Putinin ilk məqsədi Ukraynaya yox, Qərbdə dəyişik eləməyə yönəlib.Putin Avropa Birliyi ilə iqtisadi , həmçinin NATO ilə hərbi mənada iş görmək istəmir.Və onun istifadə etdiyi vasitələrin çoxu, Avropa Birliyi ilə NATO-nun parçalanmasına yönəlib.Və əgər o bu təşkilatları parçalaya bilsə, qalan hər şeyi də ala biləcək. Hesab edirəm ki, o buna aparmaq üçün çoxlu vasitələrdən istifadə edir”.

Amma general müəyyən sahələrdə ABŞ-la Rusiya arasında dialoq olduğunu vurqulayıb. O buna misal imi ABŞ Döpvlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasındakı əməkdaşlığı göstərib.

Generalın sözlərinə görə, neftin qiymətinin düşməsi və beynəlxalq sanksiyalar Vladimir Putin üçün çoxlu problemlər yaradıb. O hesab edir ki, Rusiya enerji məsələsindən gələcəkdə də silah kimi istifadə edəcək.

İrana S 300 raketləri göndərilməsinin bərpasına gəldikdə isə general deyib ki, Rusiya bundan qlobal məsələlərin müzakirəsinə təsir vasitəsi kimi istifadə edir.

Ukraynadakı vəziyyətlə bağlı isə general bildirib ki, Rusiya hazırkı sakitlikdən mümkün hücuma hazırlaşmaq, yenidən quruplaşmaq üçün istifadə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG