Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:51

Nepalda baş verən zəlzələdə ölənlərin sayı 6 mini ötüb


Nepalda zəlzələ

Nepalda zəlzələ

Nepalda baş verən zəlzələdə ölənlərin sayı 6200 nəfəri ötüb.

Bu barədə Reuters agentliyi yerli rəsmilərə istinadla xəbər verir.

Maliyyə naziri Ram Sharan Mahat bildirib ki, Nepalda dağıntıların bərpasına azı 2 milyard dollar lazımdır.

O beynəlxalq donorları Nepala yardım göstərməyə çağırıb.

BMT-nin məlumatına görə aprelin 25-də baş verən zəlzələ nəticəsində 8 milyon insana zərər dəyib.

2 milyonadək insana 3 ay ərzində çadır,su və ərzaq yardımı göstərilməlidir.

Baş nazir Sushil Koirala həftənin əvvəllərində bildirmişdi ki, ölü sayı 10 minə çata bilər.

1934-cü ildə bu ölkədə baş verən zəlzələdə 8 500 adam ölüb.

Qonşu Hindistanla Çin Nepala yardımralı artırırlar.

Çin bu ölkəyə 300 mütəxəssis göndərib və 10 milyon dollar yadım göstərəcəyini bəyan edib.

Hindistan isə Nepala 950 mütəxəssis və 400 tondan çox yardım göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG