Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:51

-

«Bizim yol» qəzeti yazır ki, İpoteka Fondunun yenidən maliyyələşdirdiyi kreditlərin həcmində kəskin azalma var. Bu, o deməkdir ki, fonda yığılan vəsaitin yenidən dövriyyəyə buraxılması azaldılıb.

«Value and Sources» konsaltinq şirkətinin baş direktoru Rəşad Əliyev «Bizim yol»a deyib ki, « manat dollara nisbətən iki dəfə ucuzlaşsa, 3-4 ildən sonra ipoteka ödənişləri gülməli bir rəqəm kimi görünəcək. Ona görə də, inflyasiya dövründə uzunmüddətli verilən pullara maraq oyanır. Çünki həmin kreditlərin ödəmə müddəti, əsasən, pulun dəyərdən düşməsindən sonra həyata keçiriləcək».

R.Əliyevin fikrincə, devalvasiya davam edərsə, ipoteka kreditləri vətəndaşlar üçün daha sərfəli olacaq.

Əksi baş verərsə, yəni manat möhkəmlənərsə, bu, ipoteka kreditləşməsinə nə dərəcədə təsir göstərəcək? Ekspert deyir ki, manat möhkəmlənsə də, ipoteka kreditlərinə maraq yenə qalacaq: «İndiki vəziyyətdə dollar ifadəsində zərərə düşən Azərbaycan İpoteka Fondu, yəni dövlət olacaq».

«HAKİMİYYƏT QORXDU»

«Azadlıq» qəzeti hakimiyyətin Milli Şuranın mayın 3-də keçirməyi planlaşdırdığı mitinqə icazə verməməsini bu başlıq altındakı yazı ilə dərc edib.

Qəzet AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikirlərinə yer ayırıb.

Milli Şuranın mitinqi

Milli Şuranın mitinqi

«Əslində, bu günə qədər mitinqlərə ona görə razılıq verilirdi ki, iqtidar xalqımızın narazılıq potensialını və Milli Şuranın çağırışlarına cəmiyyətin necə bir reaksiya verəcəyini bilmirdi. Görəndə ki, cəmiyyətimiz getdikcə mitinqlərdə daha kütləvi şəkildə iştirak etməklə iqtidarın siyasətinə etiraz edir və Milli Şura xalqın əsas təmsilçisi və inandığı güc mərkəzi kimi sosial narazılıqları öz ətrafında təşkilatlandırır, o zaman iqtidar da qorxuya düşdü. Əslində 3 may mitinqinə «yox” cavabı Milli Şuranın gücünün etirafı və xalqın etirazlarından qorxunun nəticəsidir».

AVROPA OYUNLARI AZƏRBAYCANA BÖYÜK İQTİSADİ DİVİDENTLƏR GƏTİRƏCƏK

«Yeni Azərbaycan» qəzeti yazır ki, Birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsində mühüm rol oynayan amillər sırasında ölkənin iqtisadi inkişafı dayanır.

«Hazırda dünyanın mənzərəsi bir sıra siyasi, iqtisadi narahatçılıqlarla səciyyələnsə də, Azərbaycan özünün möhkəm daxili sabitliyə və dinamik sosial-iqtisadi tərəqqiyə rəvac verən inkişaf modeli ilə fərqlənir. Dünya üçün narahat keçən son 11 ildə ölkəmiz kənardan heç bir kömək olmadan öz iqtisadiyyatını 3 dəfədən çox genişləndirməyə müvəffəq olub».

Aqil Xəlil

Aqil Xəlil

Qəzet yazır ki, Avropa Oyunları Azərbaycanın turizm potensialının təbliğində də böyük rol oynayacaq: «Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək. Azərbaycanı istəməyən, uğurlarını qəbul edə bilməyən qüvvələr isə bundan çox əndişələnəcək».

AZƏRBAYCANDAN DİDƏRGİN SALINAN JURNALİSTLƏ PARİSDƏ GÖRÜŞ

«Yeni Müsavat» qəzeti Parisdə yaşayan «Azadlıq» qəzetinin keçmiş müxbiri Aqil Xəlillə görüşüb. Aqil Xəlil deyir ki, Fransada qəzetçilik çox nüfuzlu peşədir. Senzuradan söhbət gedə bilməz, qəzetçilər burda orta təbəqədir.

Jurnalist deyir ki, Fransada ifrat millətçilər olsa da, indiyə qədər nə iş, nə də dost çevrəsindən basqı, qınaq görməyib. Jurnalist, «Sərhədsiz Reportyorlar» təşkilatının sığınacağından da danışıb. Bura indi daha çox ərəb ölkələrindən olan jurnalistlərin müraciət etdiyini bildirib: «Mənim Azərbaycanda başıma gəlməyən qalmadı. Ancaq bu sığınacaqda elə insan taleləri ilə qarşılaşırıq, bəzən deyirəm, mən nə yaşamışam ki?».

«ANTİAZƏRBAYCANÇI ŞƏBƏKƏ: TANIŞ SSENARİ, TANIŞ ÜSLUB»

Rəsmi dövlət qəzeti «Azərbaycan»ın baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun imzası ilə mayın 1-də dərc olunan «Antiazərbaycançı şəbəkə: tanış ssenari, tanış üslub» başlıqlı məqalədə deyilir ki, ABŞ 90-cı illəri qaytarmaq istəyir.

Bəxtiyar Sadıqov

Bəxtiyar Sadıqov

«ABŞ-da və Avropada yaşayanlardan başqa kimsə xoşbəxt olmalı deyil! Həqiqi demokratiya yalnız ABŞ və Avropada mövcuddur! ABŞ və Avropanın dövlət adamları tərtəmizdir, dünyanın qalan yerlərində yaşayanlar isə çirkə bulaşıb! Hazırda dünyada hökm sürən, əməli olaraq beynəlxalq hüququ iflic vəziyyətinə salan ikili standartları yaradanlar və onun o üzündən bu biri tərəfinə baxanlar yerdə qalanları belə təsəvvür edir və görmək istəyirlər», - məqalənin əsas tezisləri belədir.

Bəxtiyar Sadıqov Qərb demokratiyasına inananları aşağılayıb.

«Özgə fitilinə gedənlərin «5-ci kolon» kimi «demokratik inqilablara» dəstək verənlərin vicdanı görəsən ağrıyırmı? Tulapayı qrant-muzd müqabilində vətənlərini necə fəlakətlərə saldıqlarının fərqindədirlərmi? Rahatlığa, asudəliyə, azadlığa və demokratik mühitə çıxıblarmı?», - o, sual edir.

Baş redaktor Azərbaycanın ABŞ-la əməkdaşlığına - hava məkanını təchizat üçün Əfqanıstana açmasına və enerji layihələrinə diqqət çəkir. Bəs bunların müqabilində ABŞ nə edib?

«Hazırki dövlət katibi John Kerry-nin də daxil olduğu bir qrup konqresmenin təşəbbüsü ilə Azərbaycana qarşı yönələn «Azadlığı Müdafiə Aktı»na 907-ci düzəlişi Azərbaycan xalqı özünə qarşı ən böyük ədalətsizlik sayır!», - o qeyd edib.

Məqalədə, həmçinin, Amerika qrantlarının ölkədə internet, azad mətbuatın inkişafı, habelə «5-ci kolon»a məxsus QHT-lərə yönəldiyi bildirilir. «Diqqət yetirsək görərik ki, «ərəb bahar»ında və «rəngli inqlab»larda ən fəal dağıdıcı qüvvələr də məhz internetdə, mətbuatda və «5-ci kolon»da çalışır», - Sadıqov qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG