Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51

Hindistan və Pakistanın Nepala köməyi alqışlanır


15 yaşlı oğlan dağıntılar altından çıxarılır, 30 aprel, 2015-ci il

15 yaşlı oğlan dağıntılar altından çıxarılır, 30 aprel, 2015-ci il

-

Nepal zəlzələsindən minlərlə zərərçəkən kömək gözləməkdədir. Burada son 80 ilin ən dəhşətli zəlzələsi aprelin 25-də baş verib.

Sakinlər Nepal hökumətinin fəaliyyətini tənqid etsə də, xarici ölkələrin tibb işçiləri, xilasediciləri və vertolyotlarının gördüyü iş artıq alqış qazanıb.

Qonşu Hindistan xüsusilə fərqlənir.

“Acıq, yeməyimiz yoxdur və hökumətimizdən kömək görmürük,” 30 yaşlı Arjun Budhathoki Katmandudan bu həftə çıxıb. “Vətəndaşlarımıza təkcə Hindistan hökuməti yardım edib, bizim üçün çox iş görürlər”.

Artıq zəlzələdən ölənlərin sayı 6 min 200-ü keçib. Çin Nepala 300 nəfərlik heyət göndərib, 10 milyon dollarlıq yardım elan edib.

Baş nazir Narendra Modi “Nepalın hər bir sakininin göz yaşlarını silməyə” söz verib. Hava qüvvələri Nepala 950 nəfərlik heyət göndərib və 400 tondan çox yardım yollayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG