Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

Bu gündən Bakıda pilləli iş rejimidir


Avropa Oyunlarının məşəlyandırma mərasimi, 26 aprel, 2015-ci il

Avropa Oyunlarının məşəlyandırma mərasimi, 26 aprel, 2015-ci il

-

Mayın 1-dən Bakıda pilləli iş rejimi başlayır. Nazirlər Kabineti Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi haqqında aprelin 1-də sərəncam verib. Bu, birinci Avropa Oyunları ilə bağlı şəhərdəki tıxacların qarşısını almaq məqsədi güdür.

Sərəncama görə, mayın 1-dən iyulun 1-dək paytaxtda fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) iş rejimi pilləli şəkildə olacaq.

İşçilərin 25 faizi saat 8:00-dan saat 17:00-dək, 25 faizi saat 8:30-dan saat 17:30-dək, 25 faizi saat 9:00-dan saat 18:00-dək, qalan 25 faizi saat 9:30-dan saat 18:30-ə qədər işləyəcək. Sərəncamda qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilər üçün isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) iş vaxtı işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, qalan 50 faizi üçün isə saat 8:30-dan saat 17:30-ə qədər tövsiyə edilir.

Bəzi ictimai təşkilatlar bu addımın səmərəli olmayacağını, müəyyən iş rejiminə öyrəşmiş adamlarda narahatlıq yaradacağını bildirir.

Bakıda birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG