Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:55

-

Aprelin 30-da axşam Bağdadda beş bomba qoyulmuş maşın partladılıb, azı 17 nəfər həlak olub.

Ən güclü partlayış Iskan məhəlləsində baş verib, azı 5 nəfər ölüb.

Başqa bir maşın Camilada uşaq xəstəxanası yaxınlığında partladılıb, 3 dinc sakin həlak olub.

Al-Hurriyada kommersiya küçəsində bomba partlayışında isə 4 nəfər ölüb. 3 nəfər Talbiya rayonunda, iki nəfər Ur ərazisində həlak olub.

Partlayışların koordinasiya olunduğu görünür.

Bağdadda komendant saatı fevralda ləğv olunub. Ancaq görünür yaraqlılar hərəkət azadlığından istifadə edərək paytaxtda ağır hücumlar törətməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG