Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:55

BMT: “İran nüvə texnologiyası almağa çalışır”


Iranın Natanz uran zənginləşdirmə obyekti

Iranın Natanz uran zənginləşdirmə obyekti

-

İran qara siyahıya salınmış şirkətlər vasitəsilə nüvə texnologiyası almağa çalışır. BMT-nin aprelin 30-da üzə çıxmış məxfi hesabatında belə deyilir.

Bu iddiaları BMT-yə Britaniya təqdim edib. Təsdiqlənsə, bu, BMT sanksiyalarının pozulması deməkdir. Eyni zamanda Tehranın istənilən sazişlə nüvə fəaliyyətini məhdudlaşdıracağına inamı azaldır.

Həm də bu məlumat İranın nüvə proqramı üzrə ilkin razılaşmanın əldə olunmasından bir neçə həftə sonra yayılır.

Britaniya BMT-nin sanksiyalar panelinə aprelin 20-də məlumat verib ki, “İranın fəal nüvə şəbəkəsindən xəbərdardır”, İran Sentrifuqa Texnologiyası Şirkəti və Kalay Elektrik Şirkətinin adları çəkilir. Hesabatı aprelin 30-da Frans Press və Reuters agentlikləri görüb.

İranın hər iki şirkətinin adı nüvə fəaliyyətinə görə qara siyahıya salınıb. BMT komissiyası hələlik iddiaları araşdırmadığını deyir. Ümumilikdə isə BMT sanksiyalarının bir neçə dəfə pozulması barədə məlumat var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG