Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

Məşhur sovet filminin davamı çəkiləcək


Filmdə Elektronik və Sıroyejkin rollarını ifa etmiş Torsuyev qardaşları

Filmdə Elektronik və Sıroyejkin rollarını ifa etmiş Torsuyev qardaşları

-

1980-ci il mayın 2-də Sovet İttifaqında "Elektronikin macəraları" filmi ekranlara çıxmışdı.

Filmdə Elektronik və Sıroyejkin rollarını ifa etmiş Torsuyev qardaşları isə SSRİ-də ən populyar əkizlərə çevrilmişdilər.

35 il sonra filmin davamı çəkiləcək. Bu barədə filmin rejissoru, indi 75 yaşı olan və Amerikada yaşayan Konstantin Bromberq məlumat verib.

Yeni ssenaridə Sıroyejkin artıq böyüyüb. Rusiyada tanınmış alimdir. Elektronik isə olduğu kimi qalıb. Axı o robotdur.

Onlar bir yerdə yer kürəsini asteroidlərdən necə qorumaq üzərində işləyirlər. Mafiya və beynəlxalq terror təşkilatları isə yenə də Elektroniki oğurlamaq istəyirlər.

Əslində filmin davamını çəkmək ideyası 2003-cü ildən mövcuddur. O zaman sponsorluğu neft maqnatı Xodorkovski öz üzərinə götürmüşdü. Amma onun həbsə düşməsi səbəbindən layihə bağlanmışdı.

İndi isə sponsor tapmaq işinə Rusiyanın 1-ci kanalı girişib - maliyyə üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

Elektronik roluna - Torsuyevlərə bənzəyən yeniyetmə çəkiləcək. Elektroniki oğurlamaq istəyən Urri rolunda isə tamaşaçılar yenə də Nikolay Karaçentsovu görəcəklər. Bu dəfə o, Elektronikin tərəfindədir. Aktyor bir neçə il əvvəl ağır yol qəzasında nitqini itirdiyi üçün seraridə də dəyişiklik edilib. O, filmdə danışmayacaq. ​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG