Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

NATO komandanı Philip Breedlove bu bəyanatı ABŞ Konqresi qarşısında verib.

Rusiya Ukraynanın şərqində hazırda yaranmış nisbi sakitlikdən yeni hücuma hazırlıq üçün istifadə edə bilər.

NATO komandanı Philip Breedlove bu bəyanatı ABŞ Konqresi qarşısında verib.

ABŞ hərbi hava qüvvələri komandanı, NATO-nun Avropadakı qüvvələrinin baş komandanı, general Philip Breedlove deyib ki, Rusiya separatçıların ərazi üstünlüklərini qoruyub saxlamaqla qüvvələrini yenidən qruplaşdırmağa çalışır.

“Onların bütün hərəkətləri yeni hücuma hazırlaşdıqlarını göstərir” – deyib Breedlove.

Bu arada ATƏT müşahidəçiləri bildiriblər ki, təmas xətti boyunca atəşkəsə ümumən riayət edilir.

Bununla belə ABŞ bildirir ki, hazırda Rusiya Ukrayna ilə sərhəddə ötən oktyabrdan bəri ən böyük canlı qüvvə toplayıb.

Rusiya həmçinin ötən avqustdan bəri buraya ən böyük havadan müdafiə qüvvələri gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG