Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

Aviasiya nəhəngi Airbus bildirib ki, Almaniya kəşfiyyatını şirkətdən casusluq məqsədilə ABŞ-a kömək etdiyinə görə məhkəməyə verir.

Aviasiya nəhəngi Airbus bildirib ki, Almaniya kəşfiyyatını şirkətdən casusluq məqsədilə ABŞ-a kömək etdiyinə görə məhkəməyə verir.

Almaniya mediası iddia edib ki, ölkənin BND kəşfiyyat agentliyi ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə Avropa şirkətlərindən casusluq etməkdə yardım göstərib.

Airbus bildirir ki, Almaniya hökumətindən bu barədə daha geniş məlumat istəyib.

BND-dən sızmış məxfi məlumatlara görə agentliyin Eyblinqdəki müşahidə stansiyası Avropa şirkətlərinin İrana qarşı sanksiyalara riayət etməsinə göz qoyurmuş.

Almaniya mediası Airbus-un adını iqtisadi casusluq tərəfindən hədəflənmiş şirkətlərinsırasında çəkib.

Məxfi məlumatlardan bu da bəlli olub ki, stansiya həmçinin Fransa prezidentinin sarayını və Avropa Komissiyasının ofislərini güdüb.

Media məlumatlarında bildirilir ki, güdmə əməliyyatları Almaniya və ya ABŞ rəsmilərini hədəfləməyib, beləki MTA və BND arasında 2002-ci ildən bəri saziş mövcuddur.

Əvəzində bəlli olub ki, MTA Avropanın silah sövdələşmələrini 2008-ci ildən bəri güdürmüş.

Almaniyanın daxili işlər naziri Thomas de Maiziere iddiaları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG