Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:37

Baltimor-un əsas dərdi yoxsulluq imiş


Baltimor-da dağıdılmış polis maşının üstünə çıxan aksiyaçı. 27 aprel 2015
Baltimor-da dağıdılmış polis maşının üstünə çıxan aksiyaçı. 27 aprel 2015

.

1950-ci ildə Baltimor ABŞ-ın 6-cı ən böyük şəhəri sayılırdı və burda 950 min əhali yaşayırdı. Hazırda bu göstəricilərə görə Baltimor ABŞ-da 26-cı yerdədir və əhalinin gəlirinə, eləcə də təhsilin səviyyəsinə görə ölkənin ən qeyri-bərabər şəhəri sayılır.

Şəhər maliyyə böhranından sonra bir qədər özünə gəlib, amma varlılar və kasıblar arasındakı uçurum dərindir.

Təhsil səviyyəsinin bərabərsizliyinə görə Baltimor 50 ABŞ şəhəri arasında 12-ci yerdədir.

Ola bilsin ki, aprelin 19-da 25 yaşlı oğlan onurğasında aldığı ciddi zədəyə görə vəfat etdikdən sonra Baltimordakı başlayan və hələ də səngiməmiş qarşıdurmanın bir səbəbi də bu iqtisadi fərqlərdir.

Baltimor rəhbərliyi 2016-cı ilin prezident seçkisi öncəsi həm demokratlara, həm də respublikaçılara səslənərək gəlirlər arasındakı yüksələn bərabərsizliyə diqqət xahiş edirlər.

Prezident Barack Obama çıxışında deyib ki, gəlirlərin bərabərsizliyi müasir dövrü səciyyələndirən əsas səbəblərdəndir.

Keçən il dərc olunmuş bir araşdırmada Harvard Universitetindən Raj Chetty və digər başqa həmmüəlliflər yazırdılar ki, Baltimor mobillik baxımından ABŞ-ın ən zəif şəhərlərindən biridir.

Bu araşdırmaya əsasən, Baltimorda kasıb ailədən çıxanların yuxarı təbəqəyə yüksəlməsi şansı Vaşinqtonda yaşayanlardan iki dəfə azdır.

Şəhərdə işsizliyin səviyyəsi fevralda 8,4 faiz düşüb.

Şəhər əhalisinin həyatında stabilləşmə müşahidə olunur, amma bazar ertəsi polislə toqquşmaların baş verdiyi Sandtown-Winchester ərazisində əhalinin üçdə-bir hissəsi yoxsulluq içərisində yaşayır.

Ümumilikdə şəhərdə yoxsulluq həddi 24 faizdir.

Burda ikiuşaqlı ailə ildə 24 min dollardan az qazanır və federal hökumət onları yoxsul sayır.

Afrika mənşəli amerikalılar şəhərin üçdə-iki hissəsini təşkil edir. Ölkənin qaradərililər məskunlaşan ən böyük şəhərlərindən biridir. Sandtown-Winchester isə əsasən qaradərililərin yaşadıqları ərazidir.

Toqquşma baş verən ərazidə 24 yaşdan yuxarı əhalinin təqribən 57 faizinın yalnız orta təhsili var, bu isə ümumilikdə ölkə səviyyəsindən 15% aşağıdır. Evlərin üçdə-biri boşdur.

Şəhərin Roland Parkı adlanan şimal hissəsi ən zəngin ərazi sayılır və burda yoxsulluq həddi 10.2 faizdir.

Bu ərazidə əhalinin 80 faizi ağdərililərdən ibarətdir və 24 yaşından yuxarı əhalinin ən azı 90 faizi ən azı kollec təhsili alıb.

XS
SM
MD
LG