Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:44

Avropa Birliyinin rəsmisi Herbert Salber QHT nümayəndələri ilə görüşüb


Herbert Salber

Herbert Salber

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber aprelin 30-da Bakıda bir qrup QHT nümayəndələri ilə görüşüb.

Görüş qaçqınların problemləri ilə bağlı hesabatın təqdimatına həsr edilmiş dəyirmi masa çərçivəsində keçirilib.

Zalber Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilər və tərəflərin səylərinin bir nəticə verməməsindən təəssüf bildirib.

O xüsusilə təmas xəttində gərginliyin qalması və demək olar ki, hər gün insan tələfatı olmasından narahatlıq bildirib.

O qeyd edib ki, qarşılıqlı güzəştlər olmasa münaqişənin həlli, çətin ki, mümkün olsun və barışıq üçün Ermənistan, Azərbaycan və Qarabağda vətəndaş cəmiyyətlərinin işini davam etdirmək lazımdır.

Qeyd edək ki, Herbert Salber bundan əvvəı Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG