Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

ABŞ-ın bir sıra iri şəhərlərində etiraz aksiyaları keçirilib


Foto arxiv

Foto arxiv

ABŞ-ın Baltimor,Boston, Nyu-York, Vaşinqton və digər şəhərlərində afro-amerikalı Freddie Grayın aprelin 20-də ölümünə etiraz olaraq aksiyalar keçirilib.

O aprelin 12-də polis tərəfindən saxlanarkən aldığı xəsarətlərdən 1 həftə sonra keçinib.

Nümayişçilər polisdə islahatlar aparılması və bu cür ölümlərə son qoyulmasını tələb ediblər.

Onlar qurbanların əsasən afro-amerikalı olduğunu qeyd ediblər.

Aksiyalar ümumilikdə dinc keçsə də Nyu-Yorkda 60-dan çox, Baltimorda isə 16 aksiyaçı saxlanıb.

Aksiyalar Vaşinqton Post qəzetindəki məqalədən sonra başlayıb.

Məqaləyə görə, Gray polis maşınında özünü qəsdən divarlara çırpırmış.

Polis bundan əvvəl etiraf edib ki, ona saxlanma yerində təcili tibbi yardım göstərilməli edi.

Amma o bunun əvəzində polis məntəqəsinə, sonra isə hospitala aparılıb, orda komaya düşüb və 1 həftədən sonra keçinib.

Aprelin 27-də onun dəfnindən sonra Baltimorda etirazlar və hərc-mərclik baş verib.

Polislə toqquşmada 20 polis xəsarət alıb, 250-dən çox aksiyaçı saxlanıb.

Şəhərdə komendant saatı tətbiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG