Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki 4 müəssisə ləğv edildi


Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, qərara əsasən, nazirliyin tabeliyində olan 4 təsərrüfat hesablı dövlət müəssisə və təşkilatı ləğv edilib.

Bunlar “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyi, Mərkəzi Sınaq Laboratoriyası, Layihə Kontoru və Təmir-Tikinti İdarəsidir.

XS
SM
MD
LG