Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:40

-

Həbsdə olan AXCP üzvü Asif Yusiflinin həyat yoldaşı Aynurə Yusiflinin AzadlıqRadiosuna müsahibəsində səsləndirdiyi bəzi fikirlər partiyada narahatlıq yaradıb.

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müşaviri Məmməd İbrahim deyib.

Söhbət Aynurə Yusiflinin partiya tərəfindən ailəyə hər hansı yardımın olmaması ilə bağlı fikirlərindən gedir.

Məmməd İbrahim bu iddianın həqiqətəuyğun olmadığını deyir:

«Partiya tərəfindən Asif Yusiflinin ailəsinə dəfələrlə maddi yardım edilib. Mənəvi yardımımızı da əskik etməmimişik. Asif Yusiflinin özü, qızının səhhəti ilə bağlı problemləri daim mətbuatda işıqlandırmışıq. Hətta qızı Esmira Yusifli xəstəxanadan çıxandan sonra partiyadan bir neçə adam onların evində olub, maddi yardım da göstərib. Asif Yusifli həm AXCP-nin rəhbərliyində təmsil olunan biri kimi, həm də Qarabağ əlili kimi bizim üçün dəyərli insandır, onu heç vaxt diqqətdən kənar qoymarıq».

Məmməd İbrahimin dediklərini Asif Yusiflinin anası Sədaqət Yusifova da təsdiqlədi. AzadlıqRadiosuna bildirdi ki, partiya bir neçə dəfə ailəyə maddi yardım göstərib:

«Ara-sıra zəng edib maraqlanırlar. Bir neçə dəfə maddi yardım da göstəriblər. Həm həmin pula, həm də öz hesabımıza Asif Yusifliyə hər həftə azuqə aparılır. Sonuncu dəfə iki gün öncə yanında olmuşuq, 50 manat pul istəmişdi, onu çatdırmışıq ona».

Asif Yusifli ötən ilin noyabrında həbs olunub, dələduzluq və sənədlərin saxtalaşdırılmasında ittiham olunur. Ailəsi və AXCP onun həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG